27 Oktyabr 2023 16:30
1 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kızlelma” ilə yanaşı, dünyanın ilk PUA gəmisi olan “TCG Anadolu” üçün dizayn edilən “Bayraktar TB3”-ü inkişaf etdirmə fəaliyyətləri davam edir. Artıq TB3-lər yer və qalxma-enmə testlərindən uğurla keçib”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin idarə heyətinin sədri Səlcuq Bayraktar deyib.

“Bu gündən etibarən ilk uçuşunu həyata keçirməyi hədəfləyirik. “TCG Anadolu”da yerləşdiriləcək “Bayraktar TB3” və “Kızılelma” aviasiya tarixində inqilaba imza atdı”, şirkət rəhbəri bildirib.

Bayraktar türk PUA-larının 44 günlük Qarabağ müharibəsindəki uğurlarına da diqqət çəkib. Onun sözlərinə görə, Qarabağ savaşında düşmənin ən müasir hava hücumundan müdafiə silahlarını, zirehli texnikasını və tanklarını məhv edən “Bayraktar TB2”-lər sayəsində dünyada döyüş paradiqması dəyişib.

“Bayraktar TB3” və “Kızılelma”nın “TCG Anadolu”da yerləşdirilməsi ilə isə dünya müharibə tarixində inqilabi, yeni dövr başlayacaq. Bu, cümhuriyyətimizin 100 illiyinə daha bir hədiyyə olacaq”, - Bayraktar əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər