27 Oktyabr 2023 17:25
1 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Qəzza zolağına hücumun davam etməsinin bütün bölgəni nəzarətdən çıxaracağını bildirib.

Teleqraf.com xəbər verir ki, o, ərəb və İslam ölkələrini hərəkatı silah və pulla dəstəkləməyə çağırıb.

“Qəzzada müqavimət davam edir. Ərəb və İslam ölkələrinin xalqlarını və dünyanın azad insanlarını bu müqaviməti və inqilabı pul və silahla dəstəkləməyə çağırıram”, - Haniyə deyib.

HƏMAS lideri həmçinin Qəzza ilə sərhəddə keçid məntəqələrini açmağa və lazım olan hər şeyi məhdudiyyət və şərtlər olmadan göndərməyə çağırıb. O, xüsusilə, elektrik və su təchizatının bərpasını qeyd edib.

“Mən bütün prezidentləri, liderləri, düşüncə adamlarını Fələstin müqavimətinin, eləcə də HƏMAS-ın legitimliyini açıq və birmənalı şəkildə təsdiq etməyə çağırıram”, - Haniyə əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər