“Ukraynalıların əsas vəzifəsi qələbə və 1991-ci il sərhədlərinə qayıtmaqdır, hətta bu, müharibənin gözləniləndən daha uzun sürəcəyi anlamına gəlsə belə”.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib.
“Bizim yeganə vəzifəmiz qələbədir, anlayırıq ki, bu, 1991-ci ilin sərhədlərinə çatmaq deməkdir. Çünki Konstitusiya var, Ukraynanın necə olduğunu aydın şəkildə müəyyənləşdirir. Əgər deputatlar Konstitusiyaya dəyişiklik edəcəklərsə, onda başqa şeydən danışmaq olar. O rusdilli fəallar indi bəyan edirlər ki, 1991-ci ilin sərhədlərinə getməyə ehtiyacımız yoxdur, amma gec-tez bu sözlərə görə cavab verməli olacaqlar”, - Təhlükəsizlik Şurasının katibi bildirib.
Danilov vurğulayıb ki, Ukraynanın birinci vəzifəsi Konstitusiyada yazılan hər şeyi geri qaytarmaqdır və Kiyevin tərəfdaşları ilə birlikdə görməli olduğu daha bir şey Rusiyanın yenidən hücum istəyini aradan qaldırmaqdır.
Ukraynanın uzunmüddətli müharibə aparmaq üçün kifayət qədər silah və insan resurslarına malik olub-olmaması sualına cavab verən Danilov qeyd edib ki, əsas odur ukraynalılarda müstəqillik ruhu və istəkləri var.