17 Yanvar 2015 08:52
877
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çində "quş qripi" epidemiyasının yayılması qeydə alınıb. Ölkənin şərqindəki Futsyan əyalətində ilin əvvəlindən 15 nəfər “quş qripi”nə yoluxub.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, onlardan 2 nəfər H7N9 virusunun qurbanına çevrilib.

Çində “quş qripi”nin insandan insana keçmə faktı 2013-cü ilin martında qeydə alınıb. 2014-cü ildə isə ölkədə 120 nəfər “quş qripi”nə yoluxub, onlardan 39-u həyatını itirib.


Müəllif: