Böyük Britaniya kraliçası II Elizabetin idarə etdiyi avtomobil noyabrın 11-də Birminhem şəhərində hərraca çıxarılacaq.
Teleqraf.com xəbər verir ki, “Iconic Auctioneers” satış evi 2004-cü ildə istehsal edilən “Range Rover” markalı avtomobilə ilkin olaraq 50-60 min funt sterlinq qiymət qoyacaq.
Yay aylarında avtomobili 33 min funt sterlinqə alan kolleksiyaçı videoların birində II Elizabetin həmin avtomobili 2005-ci ildə idarə etdiyini görüb.