Qəzza zolağında ardıcıl bir neçə güclü partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, bu partlayışların 7 oktyabrdan – eskalasiya başlayandan bəri ən güclü zərbələr olduğu bildirilir.
Bundan əlavə, CNN İsrailə məxsus artilleriya və tankların sərhəddə aktiv zərbələr endirdiyini bildirir.
Güclü zərbələrdən sonra Qəzzada internetin fəaliyyəti dayanıb.
Qeyd edək ki, İsrail ordusunun nümayəndəsi yaxın saatlarda Qəzzaya quru əməliyyatının başlayacağını söyləmişdi.