28 Oktyabr 2023 14:05
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda şaxtada qəza qurbanlarının sayı 28-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

10:04

Karaqandada baş verən mədən qəzasında qurbanların sayı 20-yə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə "Arcelormittal Temirtau" şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb.

Nazirlər Kabinetindən isə vurğulanıb ki, Karaqandadakı mədəndə insanların həlak olduğu "Arcelormittal Temirtau" şirkəti dövlətə təhvil veriləcək.

***

08:44

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində 16 şaxtaçı həlak olub.

Teleqraf.com xəbər verir ki, qəza zamanı Kostenko şaxtasında 252 nəfər olub, 205 şaxtaçı səthə çıxarılıb.

On altı şaxtaçının cəsədi tapılıb, daha 18 nəfər xəstəxanaya yerləşdirilib. Lavada metan qazının partlaması ehtimal olunur.

Xilasedicilər və hüquq-mühafizə orqanları qəza yerində işləri davam etdirir. Operativ qərargah yaradılıb. Karaqanda vilayətinin administrasiyasının rəhbəri, “Arcelormittal Temirtau” SC-nin baş direktoru və respublika baş prokurorunun birinci müavini şaxtaya gəliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər