İsrail ordusu Qəzzada mərhələli şəkildə irəliləyir, quru qoşunları zolaqda əməliyyatlar aparır.
Teleqraf.com xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari deyib.
“Fəaliyyət piyada, zirehli, mühəndis və artilleriya qoşunlarının güclü atəşi ilə müşayiət olunur”, - sözçü bildirir və qeyd edir ki, İsrail qüvvələri hələ də yerdədir, döyüşləri davam etdirir.
Onun sözlərinə görə, Qəzzada genişmiqyaslı quru əməliyyatında indiyədək heç bir hərbçi xəsarət almayıb.