28 Oktyabr 2023 17:20
2 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Qəzzaya hücumundan sonra təbii qaz başda olmaqla Təl-Əvivlə bütün enerji müqavilələrini dayandıran Türkiyə daha bir mühüm addım atıb.

Teleqraf.com xəbər verir ki, Qara və Şərqi Aralıq dənizlərində karbohidrogen araşdırmalarını davam etdirən Türkiyə gələn il üçün kəşfiyyat və qazma planını hazırlayıb.

2024-cü ildə Şimali Kipr Türk Cümhuriyyəti əraziləri də daxil olmaqla quruda və dənizdə neft və təbii qaz kəşfiyyatı fəaliyyətləri çərçivəsində seysmik və qazma işləri daha da intensivləşdiriləcək. Bu çərçivədə, gələn il xam neft və təbii qaz kəşfiyyatı və hasilatı çərçivəsində quruda və dənizdə 250 quyu qazılacaq. Bundan əlavə, 20 min kvadratkilometrdən çox ərazidə üçölçülü seysmik məlumatlar toplanacaq.

“Sabah”ın xəbərinə görə, enerji və sənaye sektorlarının xammal tələbatının ödənilməsi üçün yüksək iqtisadi potensiala malik strateji və kritik mədənlərin kəşfiyyatına üstünlük veriləcək. Bu məqsədlə daxildə və xaricdə kəşfiyyat işləri artırılacaq. Bu çərçivədə havadan (15 min km yüksəklikdən) geofiziki tədqiqatlar, mineral kəşfiyyat və tədqiqat işləri çərçivəsində 350 min metr qazma işləri aparılacaq.

Strateji əhəmiyyətli qazma və hərbi gəmilərə üstünlük verilməklə Şərqi Aralıq dənizində gəmilərə texniki qulluq və təmir üçün yeni tərsanənin yaradılmasına hazırlıqlara başlanacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər