28 Oktyabr 2023 18:56
16 574
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb Ukraynanı özünün də qorxmağa başladığı bir canavara çevirib”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Zelenski və müttəfiqlərinin artıq o qədər də qulaq asmadıqlarını və Qərbə getdikcə daha çox iddialar irəli sürdüklərini nəzərə alsaq, Qərb indi hansı canavar yetişdirdiyindən bir az da qorxmağa başlayır”, - nazir bildirib.

Lavrov hesab edir ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi Qərbi təkcə Ukraynada Rusiyaya qalib gəlmək haqda yox, ümumilikdə təhlükəsizlik maraqlarının təmin edilməsi barədə düşünməyə vadar edib.

Onun fikrincə, Yaxın Şərq ABŞ-ın milli təhlükəsizliyi üçün həqiqətən vacibdirsə, o zaman BMT-nin qərarlarına uyğun olaraq Fələstin dövlətinin yaradılmasına gətirib çıxarmalı olan danışıqları çoxdan stimullaşdırmalı idilər.

Lavrov həmçinin qeyd edib ki, hazırda Avrasiya qitəsində alovlanan münaqişələrdən hər hansı biri böyük müharibəyə çevrilə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər