28 Oktyabr 2023 17:49
3 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonun İsrailə tam dəstəyi ABŞ-a qarşı yeni cəbhələrin açılmasına səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“Birləşmiş Ştatlar başqalarına təmkinli olmağı tövsiyə edir, amma özü İsraili tam dəstəkləyir”, - nazir bildirib.

İranın baş diplomatı vurğulayıb ki, ABŞ bu fəaliyyətini davam etdirsə, ona qarşı yeni cəbhələr açılacaq.

Abdullahiyanın sözlərinə görə, İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi regionda vəziyyəti nəzarətdən çıxa bilər:

“Amerika tərəfi müharibənin genişlənməsini və durumun daha da pisləşməsini istəyib-istəmədiyinə qərar verməlidir.

Yeni cəbhələrin açılması qaçılmazdır və bu, İsraili öz davranışlarına görə peşman edəcək. Vəziyyət partlayış ərəfəsindədir. Hər şey mümkündür, istənilən cəbhə açıla bilər.

Biz Suriya və regionun digər bölgələrinə yeni qoşun göndərməmişik. Amma biz təkcə baş verənləri izləmirik, İran İslam Respublikası öz milli maraqlarına uyğun hərəkət edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər