BMT-nin Təhlükəsizlik Şurası oktyabrın 31-də Ukraynada humanitar vəziyyətlə bağlı iclas keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə hazırda Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edən Braziliyanın BMT yanında daimi nümayəndəliyi məlumat yayıb.
“Ekvador və Fransanın xahişi ilə biz Ukraynadakı humanitar vəziyyətlə bağlı görüş keçirəcəyik", - deyə məlumatda bildirilib