İordaniya ABŞ-dan İsrail-HƏMAS müharibəsinin bölgədə təşvişə səbəb olduğu üçün ölkə ərazisində “Patriot” müdafiə sistemi yerləşdirməsini xahiş edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin sözçüsü, general Mustafa Hiyari açıqlama verib.
General İordaniya sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsinə ehtiyacın olduğunu deyib.
“Amerika tərəfindən müdafiə sistemimizi “Patriot” hava hücumundan müdafiə raket sistemləri ilə gücləndirməyə kömək etməsini xahiş etmişik”, - ordunun sözçüsü bildirib.
Onun sözlərinə görə, pilotsuz təyyarələr bütün bölgədə təhlükəyə çevrilib.
Hiyari ABŞ-ın İordaniyadakı hərbi bazalarından İsrailə hərbi texnika və silah daşınması üçün istifadə etdiyinə dair yayılan xəbərləri təkzib edib.