17 Yanvar 2015 11:05
8 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Amerikanın bir sıra nüfuzlu qəzetlərinin saytlarında Üçüncü Dünya Müharibəsinin elan olunduğunu bildirən yazılar dərc edilib. Az sonra məlumatın yanlış olduğu və təxribatın saytları ələ keçirən haker qrupunun elektron hücumu nəticəsində baş verdiyi aydınlaşıb.

Hakerlər bir neçə Amerika qəzetinin hesablarını sındırmağa müvəffəq olublar və müvafiq saytlarda yanlış xəbərlər yerləşdiriblər.

Hücuma ilk növbədə, “New York Post” qəzetinin “Twitter” mikrobloqları şəbəkəsi və “United Press International” informasiya agentliyi məruz qalıb.

Teleqraf.com-un “Washington Times” qəzetinin saytına istinadən məlumatına görə, dezinformasiya xarakterli bu xəbərlərdə Şimali Koreyanın ABŞ-a hücum etdiyi və ağır çəkili, təyyarədaşıyan super atom gəmisini uzaq mənzilli raketlərdən biri ilə sıradan çıxardığı bildirilib.

Hakerlər sözügedən elektron nəşrlərdə hətta Roma papasının adından Üçüncü Dünya Müharibəsinin başlanması barədə “müraciət” də yerləşdiriblər.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər