Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin qarşıdakı əsrlə bağlı əsas hədəfini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “X” paylaşım edib.
“Qazi Mustafa Kamalın xəyallarını reallaşdıran bir heyət olaraq “Türkiyə yüz ili” yanaşması ilə cümhuriyyətimizin ikinci əsrinə daxil oluruq. Cümhuriyyətimizi daha neçə illərə daha güclü, daha etibarlı şəkildə aparmaq əzmindəyik. Qarşıdakı dövrdə ən böyük hədəfimiz demokratiyamızı çevriliş konstitusiyasından xilas edib, cümhuriyyətimizi azad, demokratik konstitusiyaya qovuşdurmaqdır”, - o bildirib.
R.T.Ərdoğan qeyd edib ki, rəsmi Ankara “Türkiyə yüz ili” vizyonunu həyata keçirməkdə qərarlıdır: “Bir daha bütün dünyaya elan edirik: Türkiyə Cümhuriyyətinin qarşısına heç bir imperialist güc çıxa bilmız. Yetər ki, biz bir olmağa, iri olmağa, diri olmağa, qardaş olmağa, birlikdə Türkiyə olmağa davam edək. Yetər ki, biz “tək millət, tək bayraq, tək vətən, tək dövlət” deyərək mövqeyimizdən geri çəkilməyək”.