“Qərbi HƏMAS-ı məhv etməyə çağıranlar arasında bəzi müsəlman ölkələri də var”.
Teleqraf.com xəbər verir ki, bunu HƏMAS-ın “Qəssam” briqadasının rəsmi nümayəndəsi Musa əbu Mərzuk deyib.
“Fələstin administrasiyasının üzvləri və bəzi ərəb ölkələri var ki, onlar gizli şəkildə Qərbi HƏMAS-ı məhv etməyə çağırırlar.
“Hizbullah”dan və İordan çayının qərb sahilindəki qardaşlarımızdan ciddi dəstək gözləyirdik. Xüsusilə Ramallah administrasiyasının biabırçı münasibəti bizi məyus etdi”, - Mərzuk bildirib.