“Ukrayna üçün F-16 qırıcıları iki həftəyə Rumıniyaya çatdırılacaq”.
Teleqraf.com xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Mark Rutte “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Bu o deməkdir ki, yaxın vaxtlarda ukraynalı pilotlar üçün hazırlıq kursları başlaya bilər”, - o qeyd edib.
Baş nazir onu da vurğulayıb ki, ölkəsi Rusiyanın davamlı təcavüzü qarşısında Ukraynanı lazım olduğu qədər və uzun müddət dəstəkləməyə davam edəcək: “İsrail və Qəzzadakı dağıdıcı vəziyyət diqqətimizi Ukraynadan yayındırmayacaq”.