31 Oktyabr 2023 13:30
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndi Qəzza zolağında atəşkəsin HƏMAS-ın xeyrinə olacağına inanırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“İndi atəşkəsin düzgün cavab olduğuna inanmırıq. Bu zaman atəşkəsin HƏMAS-ın xeyrinə olacağına inanırıq”, - ABŞ rəsmisi bildirib.

Kirbi qeyd edib ki, ABŞ atəşkəs əvəzinə Qəzzada şiddətdən xilas olmaq istəyən mülki şəxslərin təxliyyəsini və bölgəyə humanitar yardımların çatdırılmasını asanlaşdırmaq üçün müvəqqəti humanitar fasilələrə açıqdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər