31 Oktyabr 2023 15:36
9 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıya qarşı sanksiyalar Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi səylərinə zərbə vura bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Kanadanın Ermənistandakı səfiri Endryu Törner Kanada parlamentinin aşağı palatasının Xarici Əlaqələr və Beynəlxalq İnkişaf Komitəsinin sessiyasında bildirib.

“Biz heç kimin sanksiyalar yolunu seçdiyini görməsək də, Fransanın hərbi dəstək ehtimalı ilə bağlı açıqlamalarının şahidi olduq. Bu, Azərbaycanı sülh prosesinin inkişafına töhfə verə biləcək planlaşdırılan beynəlxalq görüşlərdən və müzakirələrdən imtina etməyə məcbur etdi”, - səfir deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər