Amerika ordusunun Təl-Əvivdə yeraltı bazası var, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndələri oradan İsrailin Qəzza zolağındakı əməliyyatlarını idarə edirlər.
Teleqraf.com xəbər verir ki, bunu İran ordusunun generalı Qulam Əli Rəşid deyib.
“ABŞ Mərkəzi Komandanlığının, eləcə də Amerika quru qoşunları və dəniz qüvvələrinin komandanları hazırda Təl-Əvivdəki yeraltı bazadadır. Onlar Qəzza zolağında əməliyyat zamanı İsrail qüvvələrinin komandirlərinin hərəkətlərini koordinasiya edirlər”, - iranlı general bildirib.