Yanvar-sentyabr aylarında Avropa Rusiyadan keçən ilin eyni dövründə olduğu kimi, təxminən eyni həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib.
Teleqraf.com xəbər verir ki, İspaniya və Belçika bu müddətdə Rusiyadan maye qaz idxalını iki dəfə artırıb.
Avropa Birliyinə üzv ölkələr arasında İspaniya Rusiya təbii qazının ən böyük idxalçısıdır, ondan sonra Fransa və Belçika gəlir. Məlumata görə, İspaniyanın idxal etdiyi LNG-nin təqribən 27 faizi Rusiyadan, Belçika isə daha çox – 37 faizini alıb. Fransa da öz növbəsində LNG-nin 15 faizini Rusiyadan əldə edib.
İspaniya yanvar-iyul aylarında Rusiya qazı üçün 1.6 milyard avro ödəyib. Ölkə bununla AB-də ən böyük rus qazı alıcısı olub. Fransa və Belçika da Rusiyadan LNG idxal etmək üçün hər biri 1.3 milyard avro ödəməklə İspaniyadan geri qalmayıb.
Ümumilikdə, AB Rusiya qazına təxminən 5.5 milyard avro xərcləyib.
Avropa Birliyi Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkədən təbii qazın alışını məhdudlaşdırmağa başlamışdı. Bir sıra üzv ölkələr rus qazından tamamilə imtina edib.