ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens xristianlığın müqəddəs kitabı İncildən sitat gətirərək, İsrailə dəstəyini bildirib.
Teleqraf.com xəbər verir ki, siyasətçi İsraili “Tanrının vədlərinin doğru olduğunu göstərən sübut” adlandırıb.
“Mömin xristianlar olaraq biz nəsillər boyu İsrailin yayında olmuşuq. Çünki İsrail Tanrının vədlərinin doğru olduğuna sübutdur”, - Pens deyib.
ABŞ prezidentliyinə namizədi Vivek Ramasvami də İsrailə dəstəyini dini müstəvidə ifadə edib. Onun iddiasına görə, İsmayıl peyğəmbərin 450 milyondan çox nəvəsinin 20 beynəlxalq səviyyədə tanınmış dövləti var.
“Bunlardan birinə sahib olmaq yəhudi xalqının haqqıdır. Bu həqiqətdir”, - siyasətçi vurğulayıb.
Ramasvami İsrailin keçmiş baş naziri David Ben-Qurionun “Bizim gələcəyimiz qeyri-yəhudilərin dediklərindən yox, yəhudilərin nə etməsindən asılıdır” dediyini xatırladıb:
“Səpələnmiş xalq ilahi məqsəd üçün ilahi hədiyyə ilə mükafatlandırılıb”.