1 Noyabr 2023 10:45
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın BMT-dəki missiyası xəbərdarlıq edir ki, Yəməndəki qiyamçı “Husilər” (və ya “Ənsarallah”) kimi yerdəki müttəfiqlər İsrailə qarşı savaşa girə bilərlər.

Teleqraf.com-un məlumatına görə, bu barədə İran missiyası “Associated Press”ə bildirib.

“Qəzza zolağında mülki əhali arasında itkilərin baş verdiyi ilk günlərlə bağlı İrandan gələn xəbərdarlıqlar bir narahatlığı vurğulayırdı: əgər bu vəhşiliklər dayandırılmasa, ictimaiyyətin hiddətinə səbəb ola və müqavimət hərəkatlarının səbrini tükəndirə bilər. Bu narahatlıqların qarşısı alına bilər və İsrail rejiminin davam etdirdiyi pozuntuları dayandırmaq üçün məsuliyyət tamamilə Amerika administrasiyasındadır”, - məlumatda deyilir.

Mesaj “Husilər”in bundan əvvəl İsrail tərəfindən vurulan Eylat istiqamətində atılan raketə görə məsuliyyəti öz üzərinə götürməsindən sonra verilib. Bir neçə saat sonra İsrail Müdafiə Qüvvələri (SAXAL) Eylat yaxınlığında yenidən hava təhlükəsinin qarşısını aldığını açıqlayıb.

İsrail həmçinin İranın dəstəklədiyi “Hizbullah” terror təşkilatı və müttəfiq Fələstin qruplaşmalarının hücumlarına cavab olaraq, Livandakı hədəfləri vurur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər