Çeçenistan başçısı Ramzan Kadırovun Dağıstanda baş verən antisemit iğtişaşlara təpkisi Rusiya hakimiyyətinin bölgələrə nəzarətin zəifləməsindən narahatlığının artdığını göstərir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Kadırov Dağıstandakı iğtişaşlara cavab olaraq Prezident Vladimir Putinin bu hadisənin təşkilində Qərbin məsuliyyət daşıması və bunun Rusiyada sabitliyi pozmaq üçün edildiyi barədə ittihamını yüksək qiymətləndirib. Daha sonra o, çeçen təhlükəsizlik qüvvələrini Çeçenistanda mümkün iğtişaşların təşəbbüskarlarını dərhal həbs etməyə və havaya üç xəbərdarlıq atəşi açdıqdan sonra başlarından vurmağa çağırıb.
“Kadırovun Dağıstanda baş verən iğtişaşlara cavabı onu deməyə əsas verir ki, ilk növbədə Putini dəstəklədiyinə dair təsəvvürü saxlamaqla, ikincisi, gələcək potensial iğtişaşlara zorakılıqla cavab verməklə hədələməklə Çeçenistandakı avtoritar hakimiyyətinin gücünü nümayiş etdirməklə məşğuldur”, - ISW qeyd edir.