1 Noyabr 2023 13:52
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələrinin B-1B bombardmançı təyyarələri əvvəlcədən planlaşdırılan təlim missiyası çərçivəsində yanacaq doldurmaq üçün İncirlik hava bazasına eniblər.

Teleqraf.com xəbər verir ki, bu barədə İncirlik bazasından açıqlama verilib.

Təyyarələr Türkiyə Hərbi Hava Qüvvələri ilə təlim missiyası üçün yola düşməzdən əvvəl bazada iki saatdan az qalıb.

ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki Stillvell məsələ ilə əlaqədar deyib:

“Tərəfdaşımız Türkiyə Hərbi Hava Qüvvələri ilə birgə işimiz NATO hava qüvvələrinin kollektiv işini və peşəkarlığını nümayiş etdirir”.

ABŞ Hərbi Hava Qüvvələrinin 39-cu hava bazasının komandirinin müavini, polkovnik Robert Şönberq isə bildirib ki, İncirlikdəki bu tarixi yanacaqdoldurma əməliyyatını dəstəkləmək onları həyəcanlandırır. Şönberq vurğulayıb ki, bu, bazanın unikal imkanlarını və strateji mövqeyini göstərir.

Türkiyənin ən böyük hərbi obyektlərindən biri olan İncirlik bazasının strateji mövqeyi onu fövqəladə əməliyyatlar və NATO-ya inteqrasiya mərkəzinə çevirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər