Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün Ankara qarant kimi çıxış etməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Hakan Fidan Ankarada iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla danışıqlardan sonra deyib.
“Biz nizamlanmanın təminatçısı kimi çıxış etməyə hazırıq. Fələstin probleminin həllində ikili standartların yolverilməzdir. Ukrayna və Qəzza üçün fərqli standartlar ola bilməz. Əgər ədalətli sülh yaratmaq istəyiriksə, prinsipial və balanslı hərəkət etməliyik”, - Türkiyə XİN rəhbəri bildirib.