Fələstin-İsrail müharibəsində yeni cəbhə açılıb.
Teleqraf.com xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Yəməndə İranın dəstəklədiyi “Husilər”in İsrailə müharibə elan etdiyini açıqlayıb.
“Vəziyyətə uyğun olaraq və bölgədə artan müdafiə səyləri çərçivəsində Hərbi Dəniz Qüvvələrinə aid raket gəmiləri Qırmızı dənizə çatıb”, - açıqlamada deyilir.
“Husilər” dünən İsrailə PUA-lar və raketlərlə hücum etdiklərini bəyan ediblər. İsrail ordusundan verilən açıqlamada Qırmızı dənizdən ölkə ərazisinə atılan raketin müdafiə sistemi tərəfindən məhv edildiyi bildirilib.
2014-cü ilin sentyabrından Yəmənin paytaxt Səna və bəzi digər bölgələri nəzarətdə saxlayan “Husilər” ilk dəfə İsrailə hücumlara görə məsuliyyəti öz üzərinə götürüblər.