“Fələstinin heç bir itkisi İsrailin Qəzzada davam edən hərbi əməliyyatının miqyasını şübhə altına almasına səbəb olmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı senator Lindsi Qrem deyib.
Jurnalist İsrail ordusunun Qəzzaya hücumu ilə bağlı senatora “Mülki itkilərdən söz düşəndə sizin və ABŞ hökumətinin “bir saniyə dayanaq” dediyiniz bir hədd varmı” sualını ünvanlayıb. Qrem suala “Xeyr” cavabını verib.
Jurnalistin növbəti sualı belə olub: “Taktikaları sorğulamağa başladığınız məqam varmı?”.
Senatorun cavabı əvvəlkindən fərqlənməyib:
“Xeyr! İkinci Dünya Müharibəsindən sonra kimsə bizə sual versəydi ki, Yaponiya və Almaniyanın dünyanı ələ keçirməməsi üçün nə edərdiniz, hədd varmı, İsrailin yəhudiləri öldürməyə cəhd edən insanlara qarşı nə etməli olduğuna dair məhdudiyyət varmı? Cavab “yox” olardı. Hədd yoxdur”.