Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtında keçiriləcək Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə Toplantısında iştirak etmək üçün sabah Astanaya yollanacaq.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı 2-3 noyabr 2023-cü il tarixlərində Qazaxıstana səfər edəcək.
Noyabrın 3-ü cümə günü baş tutacaq sammitdə təşkilata sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.
Sammitdə liderlər təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparacaq, cari, qlobal və regional məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.