İsrail hərbçilərinin Qəzza zolağında keçirdiyi əməliyyat zamanı HƏMAS-ın silahlı qüvvələrinin tank əleyhinə bölməsinin komandiri öldürülüb.
Teleqraf.com xəbər verir ki, kəşfiyyat məlumatlarına əsasən, İDF-nin qırıcısı Qəzza zolağında HƏMAS-ın tank əleyhinə bölməsinin rəhbəri Məhəmməd Asarı vurub.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. İsrail Müdafiə Ordusu isə əks-hücum həmlələrinə başlayıb.