Türkiyənin müxalif Yeni Rifah Partiyasının sədri Fatih Ərbakan parlamenti (TBMM) türk qoşunlarının bir il müddətinə Qəzza zolağına göndərilməsinin lehinə səs verməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, partiya sədri bunun təhlükəsizlik məsələsi olduğunu deyib.
“İstəyimiz budur ki, bu tələb parlamentdə tez bir zamanda səsə qoyulsun və parlamentimiz burada təmsil olunan bütün partiyaların dəstəyi ilə bu istiqamətdə qərar qəbul etsin”, - Ərbakan bildirib.
Onun sözlərinə görə, partiyası bununla bağlı TBMM-ə müraciət edəcək.