2 Noyabr 2023 21:36
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə qanunsuz miqrasiyaya qarşı mübarizə davam edir. Bu məqsədlə İstanbulda genişmiqyaslı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazirin sözlərinə görə, İstanbulda xarici vətəndaşların ən sıx yaşadığı rayonlardan biri olan Esenyurtda “Qalxan” adı altında keçirilən əməliyyat zamanı 512 miqrant saxlanılıb. Həmin şəxslərin Türkiyə ərazisində qanunsuz yaşadıqlarını bildikləri halda evlərini onlara kirayə verən 41 nəfər barəsində müvafiq tədbir görülüb.

Əməliyyatda Türkiyə təhlükəsizlik qüvvələrinin 452 əməkdaşı iştirak edib. Miqrantlar ölkələrinə geri qaytarılmaq üçün miqrasiya xidmətinə təhvil verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər