Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren ilə görüş keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Zelenski rəsmi teleqram kanalında məlumat yayıb.
Görüşdə siyasətçilər cəbhədəki vəziyyəti və “taxıl dəhlizi”nin təhlükəsizliyinin təmin olunmasını müzakirə ediblər.
Zelenski Niderlanda Ukraynaya dəstək verən mühüm qərarlara görə təşəkkür edib.
Qeyd edək ki, oktyabrın 30-da Niderlandın Baş naziri Mark Rutte Ukraynaya söz verilən F-16-ların iki həftədən sonra Rumıniyadakı təlim mərkəzinə gələcəyini açıqlayıb.
Bundan sonra Ryutte qeyd edib ki, ukraynalı pilotlar üçün təlim kursları başlayacaq və onlar döyüş təyyarələrini idarə etməyə göndəriləcək.