ABŞ Müdafiə Nazirliyi (Pentaqon) atəşkəsin HƏMAS-ın dirçəlməsinə səbəb olacağına dair narahatlıqlara görə dəstəkləmədiklərini açıqlayıb.
Teleqraf.com xəbərinə görə, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder açıqlama verib.
“HƏMAS-a yenidən təçkil olunmaq, İsrail vətəndaşlarını və başqalarını təhlükə altına salmaq üçün vaxt verəcək atəşkəsi dəstəkləmirik", - ABŞ rəsmisi deyib.
Bununla belə, Rayder qeyd edib ki, Prezident Co Bayden humanitar yardımın çatdırılmasına, əsirlərin və digər vətəndaşların çıxmasına imkan yaratmaq üçün Qəzzada humanitar fasiləyə tərəfdardır.
Rayder bildirib ki, müdafiə naziri Lloyd Ostin həmkarları ilə keçirdiyi görüşlərdə Qəzzadakı mülki vətəndaşlara humanitar yardımın çatdırılmasını da müzakirə edib.