3 Noyabr 2023 15:54
1 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin müşahidəçilərinin mandatının genişləndirilməsi və gücləndirilməsi gündəmimizdədir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

Ermənistan rəsmisi bununla bağlı AB-dən müsbət reaksiyaların olduğunu, yaxınlarda müvafiq sazişin imzalanacağını bildirib. Onun sözlərinə görə, imzalanacaq saziş AB müşahidəçilərinin statusları daxilində imtiyazlarından bəhs edir, bura tibbi xidmət, nəqliyyatdan istifadə və sair daxildir.

Nazir müavini qeyd edib ki, sənəd danışıqlar mərhələsindədir: “Təfərrüatları açıqlaya bilmərəm, amma genişlənmə əsas məsələdir”.

Ovannisyan Baş nazir Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışını xatırladıb ki, Ermənistan AB-nin mümkün hesab etdiyi qədər Avropa Birliyinə yaxın olmağa hazırdır. Onun sözlərinə görə, bu, həmişə Ermənistanın mövqeyi olub.

“Siyasi sahədə əməkdaşlıq dərinləşib. Üstəlik, bu il ilk dəfə olaraq siyasi və təhlükəsizlik məsələləri üzrə Ermənistan-AB dialoqu baş tutub. Birincisi yanvarda İrəvanda olub, ikincisi bu ay Brüsseldə keçirilməlidir”, - Ovannisyan qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər