Ukraynada siyasi atəşkəsin vaxtı hələ çatmayıb.
Teleqraf.com xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Guido Crosetto deyib.
"Rusiya və Ukrayna arasındakı münaqişəyə diqqət etdikdə görürük ki, mediada müzakirəsi zəifləyib. Amma siyasi baxımdan yox. Qərbdən və Aİ-dən Kiyevə verilən dəstək dəyişməz olaraq qalır. Aydındır ki, davamlı sülh yalnız hərbi əməliyyata əsaslana bilməz, siyasi barışıq lazımdır. Bunun vaxtı hələ gəlməyib, amma ümid ən son da ölür. Məsələnin həlli yalnız hərbi yol ola bilməz. Beynəlxalq ictimaiyyət, xüsusilə İtaliya Qəzzanın mülki əhalisinə ərzaq və zəruri malların çatdırılması üçün çalışır. Hazırda əsas fikir ora yönəlib. Artıq İtaliyadan hərbi təyyarələr havaya qalxıb. Mülki vətəndaşları, ağır yaralıları, girovları daşımaq üçün hazır olan üç gəmimiz var”, - Crosetto bildirib.