4 Noyabr 2023 17:48
3 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Avdiv şəhərini mühasirəyə almaq məqsədilə yeni genişmiqyaslı hücum üçün güc toplayır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 110-cu mexaniki briqadasının sözçüsü Anton Kotsukon məlumat verib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri rusların yenidən qruplaşmasını müşahidə edir. Sözçü qeyd edib ki, oktyabrın 10-dan bəri keçirilən hücumlar zamanı Rusiya ciddi itkilər verib, buna görə də güc toplamaq məcburiyyətindədir.

Kotsukon əlavə edib ki, yenidən qruplaşmaya baxmayaraq, ruslar şəhərin bütün ərazilərində hər gün irəliləməyə davam edir:

“Zirehli texnikalardan daha az istifadə etməyə başlayıblar, kiçik qrupları irəli atırlar. Burada 40 minə yaxın rus hərbçisi cəmləşib, biz artıq azı 5 min canlı qüvvə, 120-dən çox texnikanı məhv etmişik”.

Onun fikrincə, Rusiya ordusu ehtiyatda böyük qüvvələrə malikdir, buna görə də belə itkiləri kompensasiya edə bilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər