Türkiyə İsraildəki səfiri Şakir Özkanı geri çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada bildirilir ki, İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi və mülki şəxslərə hücumlarını davam etdirməsi ilə əlaqədar Türkiyənin Təl-Əvivdəki səfiri Ankaraya çağırılıb.