Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri seçiləcək.
Teleqraf.com xəbər verir ki, bu məqsədlə CHP-nin 38-ci qurultayı keçirilir.
Partiya rəhbəri vəzifəsinə hazırkı sədr Kamal Kılıçdaroğlu və türk siyasətçi Özgür Özel namizəd olaraq göstərilir.
İki gün davam edəcək qurultayın ikinci günü Partiya Məclisi və Yüksək İntizam Şurası tərəfindən sədr seçkilərinin keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, CHP türk xalqının ulu öndəri Mustafa Kamal Atatürk tərəfindən qurulub.