4 Noyabr 2023 22:59
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Avropa İttifaqına üzv olmaq yolunda nəzərəçarpacaq irəliləyiş əldə edib.

Teleqraf.com xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi brifinqdə Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

“Deməliyəm ki, siz çox gözəl irəliləyiş əldə etmisiniz. Gələn həftə Komissiya genişlənmə ilə bağlı hesabatını təqdim edəndə bunu təsdiq edəcəyik”, - deyə Leyen vurğulayıb.

O qeyd edib ki, Aİ Ukraynanın müharibənin ortasında həyata keçirdiyi islahatlara heyran qalıb: “Unutmamalıyıq ki, siz öz varlığınız üçün müharibə aparırsınız. Eyni zamanda siz ölkənizdə dərin islahatlar aparırsınız. Siz ədliyyə sistemində islahatlar aparırsınız, oliqarxların təsiri ilə mübarizə aparırsınız, çirkli pulların yuyulması ilə mübarizə aparırsınız”.

Sədr qeyd edib ki, Ukrayna böyük islahatları başa çatdırmaq mərhələsindədir: “Bu baş verərsə, əminəm ki, Ukrayna üzvlük prosesinin növbəti mərhələsinə keçməklə bağlı məqsədinə çatacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər