Uruqvay Daxili İşlər Nazirliyinin rəhbəri Luis Alberto Heber narkotik alverçisinə pasport verdikdən sonra istefa verib.
Teleqraf.com xəbər verir ki, Uruqvay Prezidenti Luis Alberto Lokalle ictimaiyyət 2021-ci ildə narkotik alverçisi Sebastyan Marsetin ölkə pasportunu aldığını öyrəndikdən sonra Xeberin istefasını qəbul edib.
Sənəd ona BƏƏ-də başqa dövlətin saxta pasportu ilə saxlanıldıqdan sonra verilib, bundan sonra o, Dubayı sərbəst tərk edib və hələ də gizlənir.
Uruqvayın xarici işlər naziri Fransisko Bustillo və prezidentin köməkçisi Roberto Lafluf da vəzifələrindən uzaqlaşdırılıblar. Luis Lokalle ölkədə baş verənləri “siyasi həlli olan siyasi problem” kimi təsvir edib.