İsrailin irs naziri Amihay İliyahu Qəzza zolağında nüvə silahından istifadəni təklif edib.
Teleqraf.com xəbər verir ki, o, Qəzza əhalisini qorxutmaq və və çəkindirmək üçün belə bir addım atılmasını vacib sayıb.
Baş nazir Benyamin Netanyahu axmaq təklif irəli sürdüyü üçün nazir Nazirlər Kabinetinin iclaslarından kənarlaşdırıb.
“İlyahunun açıqlamaları reallıqdan uzaqdır. İsrail və İsrail ordusu günahsız insanların ölümünün qarşısını almaq üçün beynəlxalq hüquqa hörmət edərək ən yüksək əxlaqi standartlara uyğun hərəkət edir. Qələbəyə qədər bunu davam etdirəcəyik”, - o qeyd edib.