Moskvanın mərkəzindəki restoranda silahlı insident baş verib, 4 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
Üç nəfərin güllə yarası aldığı qeyd edilib.
“İlkin məlumata görə, Şlyuzovaya sahilindəki restoranın yaxınlığında hücum törədən 37 yaşlı şəxs münaqişə zamanı travmatik silahdan rəqiblərinə bir neçə dəfə atəş açıb, nəticədə 4 nəfər bədən xəsarətləri alıb. Zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri, o cümlədən güllə yarası ilə xəstəxanaya yerləşdiriliblər”, - mətbuat xidməti bildirib.