6 Noyabr 2023 11:04
2 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda nəşr olunan “Pentapostagma” qəzetində qalmaqallı təhlil dərc olunub.

Teleqraf.com xəbər verir ki, Suriyanın şimalında “kürd dövləti”nin qurulması ssenarisinin müzakirə edildiyi məqalədə hazırda şərtlərin bunun üçün uyğun olduğu iddia edilir.

Aralıq dənizindəki Rusiya və ABŞ donanmalarını müqayisə edən yunan nəşri hərbi güc baxımından üstünlüyün tamamilə Qərbdə olduğunu yazır.

“Ümumilikdə 4 təyyarə gəmisi/helikopter daşıyıcısı, 120 döyüş gəmisi və onlarla nüvə sualtı gəmilərdən ibarət misli görünməmiş dəniz qüvvələri Şərqi Aralıq dənizində toplaşıb. ABŞ-ın iki təyyarədaşıyan zərbə qrupu rəsmi olaraq çəkindirmə fəaliyyəti həyata keçirərkən, qeyri-rəsmi şəkildə onlara Türkiyə, İran və Rusiyaya qarşı “əzələ nümayişi” rolu həvalə edilib”, - təhlildə vurğulanır.

Nəşr ABŞ gəmilərinin Britaniya, Fransa və Yunanıstan hərbi və sualtı gəmiləri ilə birlikdə bölgədəki hər cür düşmənə qarşı nəhəng hücum gücü təşkil etdiyini bildirir:

“ABŞ və İsrailin planlarında Amerika Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Suriyada kürd dövlətinin yaradılması ssenariləri var. Əslində, belə bir şeyi görmək məntiqli olardı, xüsusən də bu nəhəng dəniz gücünün bir araya gəldiyi şəraitdə”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər