18 Yanvar 2015 02:52
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qayda olaraq, girovları, əsirləri amansız bir şəkildə edam etmələri ilə "məşhurlaşan" İŞİD bu dəfə yüzlərlə insanı azad etməklə diqqəti çəkib. Sözügedən terror qruplaşması İraqda 200-ə yaxın yezidi kürdü azadlığa buraxıb.

Yaraqlılar yezidləri şimal əyaləti olan Ninivedədən Kərkükə gətiriblər və orada peşmərgələrə təhvil veriblər.

Teleqraf.com-un məlumatına görə, bu barədə “Frans Press” agentliyi informasiya yayıb. Kürd hərbi birləşmələrinin (pəşmərgə) generalının sözlərinə görə, azad edilən yezidlər arasında qadınlar, uşaqlar, yaşlı insanlar və psixi xəstələr də var.


Müəllif:

Oxşar xəbərlər