İsrail ordusunda kapitan rütbəsində xidmət edən İsrail Baş naziri Benyamin Netanyahunun qardaşı oğlunun "İzzəddin əl-Qəssam" Briqadası (HƏMAS) tərəfindən öldürüldüyü iddia edilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“İsrail Baş naziri Netanyahunun qardaşı oğlu, kapitan Yair Edu Netanyahu Qəzzada “Qəssam”a qarşı aktiv döyüşlər zamanı öldürülüb”, - məlumatda deyilir.
Yair Edunun Qəzzada “təhlükəli snayper” adlandırılan snayper birliyinin lideri olduğu bildirilir.