6 Noyabr 2023 15:35
6 803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Hakan Fidanın ABŞ dövlət katibi Entoni Blinkenlə 2 saat yarım davam edən görüşü başa çatıb.

Teleqraf.com xəbər verir ki, təkbətək görüşün gündəm mövzusu İsrail-HƏMAS savaşı olub.

Görüşdən əvvəl salamlaşmada Blinken həmkarını qucaqlamaq istəyərkən, Fidanın incə bir manevrlə bundan yayınması sosial mediada müzakirə mövzusuna çevrilib.

ABŞ dövlət katibi Hakan Fidanla görüşmək üçün dünən axşam Ankaraya gəlib. Blinkeni hava limanında Türkiyənin yüksək vəzifəli şəxslərinin qarşılamaması da diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər