“Biz təkcə özümüz üçün savaşmırıq, həm də barbarlığa qarşı sivilizasiyaların savaşını aparırıq”.
Teleqraf.com xəbər verir ki, bunu Yerusəlimdə bolqar həmkarı Nikolay Denkovla görüşündə İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Sivilizasiya qalib gəlməsə, barbarlıq hökm sürəcək”, - İsrail rəhbəri bildirib.
Netanyahu HƏMAS-ı “Holokostdan sonra gördüyümüz ən vəhşi düşmən” adlandırıb.
Denkov həm HƏMAS-ın kökünün kəsilməli olduğunu söyləyib, həm də girovların azad edilməsinə və Qırmızı Xaç Cəmiyyətinin Qəzzaya daxil olmasına çağırıb. Bolqarıstan baş naziri Qəzzada baş verənlərdən narahat olduqlarını və humanitar yardımın olmasının vacib olduğunu vurğulayıb.