18 Yanvar 2015 03:55
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyədə prezident üsul-idarəsinintam tətbiqinə ehtiyac duyulur”.

Teleqraf.com-un “Sabah” elektron nəşrinə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-dən olan millət vəkilləri ilə keçirdiyi mətbuata qapalı toplantıda söyləyib.

Prezident iqtisadi məsələlərdən də söhbət açaraq, qeydiyyatdan kənar iqtisadiyyatın leqallaşması və çox kəskin qərarlardan çəkinmək barədə tövsiyələrini çatdırıb.

Prezident sarayında baş tutan toplantı 3 saatdan çox çəkib. R.T.Ərdoğan millət vəkilləri ilə söhbətində yanvarın 19-da baş tutacaq Nazirlər Kabinetinin müşavirəsinə toxunub.

Dövlət başçısı vurğulayıb ki, hökumət və Prezident Administrasiyası arasında koordinasiyanın təminatı üçün prezident üsul-idarəsinə ehtiyac var.


Müəllif:

Oxşar xəbərlər