Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Gürcüstan vətəndaşının Rusiya hərbçiləri tərəfindən qətlə yetirilməsi barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, Gürcüstan DTX insidentin işğal altındakı Cənubi Osetiya bölgəsinin Qori munisipalitetinin Kirbali kəndi ilə həmsərhəd hissəsində baş verdiyini bildirib.
Qeyd olunub ki, noyabrın 6-da yerli sakini qanunsuz olaraq saxlamağa çalışan Rusiya hərbçiləri atəş açaraq onu qətlə yetirib. Məlumata görə daha bir Gürcüstan vətəndaşı saxlanılıb.